Amerika səfirliyinin keçmiş işçisinə qaşı məhkəmə iddiası qaldırıldı

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb

Source:


Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb

Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə jurnalistin hüquqlarının mudafiəçisi Elmira Sarıyeva

moden.az

-a məlumat verib.

Jurnalistə qarsı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma)  və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Huquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanlari ilə əməkdaşlıq etməkdə ittiham edib.

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb. “Açıq söhbət” siyasi debat proqramının moderatoru olub.

O, şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

Ana səhifəXəbərlərAmerika səfirliyinin keçmiş işçisinə qaşı məhkəmə iddiası qaldırıldı