“AMEA-ya seçkilərdə meyar yox idi”

Nərgiz Paşayeva müxbir üzv, Tofiq Hacıyev, Kamal Abdulla və Rəfael Heseynov isə həqiqi üzv seçiliblər

Source:

Nərgiz Paşayeva müxbir üzv, Tofiq Hacıyev, Kamal Abdulla və Rəfael Heseynov isə həqiqi üzv seçiliblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri elan edilib. Səsvermə nəticəsində AMEA-nın 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdü.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik seçkiləri istər hüquqi, istərsə də texniki baxımdan müasir tələb­lə­rə uygun və şəffaf aparılıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov AMEA-ya seçkilərin keçirilməsində prinsiplərin müəyyənləşmədiyini dedi: “O mənada ki, filankəsin nə üçün müxbir, yaxud həqiqi üzv seçildiyinin səbəbi açıqlanmayıb. Bir sözlə, seçkilərdə meyar yox idi. Konkret olaraq, fizika sahəsi üzrə 2 nəfərin rəyləri əsas götürülüb və onlar da seçkinin taleyini həll edib”.

Ancaq Qüdrət İsaqov həmin 2 nəfərin kimliyini konkretləşdirmədi.

Ana səhifəXəbərlər“AMEA-ya seçkilərdə meyar yox idi”