AMEA-nın əməkdaşı azadlıqdan məhrum edildi

Aliyə Cahangirova dələduzluqda təqsirləndirilir

Source:
foto sosial şəbəkə


Aliyə Cahangirova dələduzluqda təqsirləndirilir

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovaya hökm oxunub.

Meydan TV-nin məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək A.Cahangirovanın cinayət əməli törətməsinin istintaq və məhkəmə zamanı sübuta yetirildiyini deyib. O, A.Cahangirovanın  9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aliyə Cahangirova AMEA-da dizayner vəzifəsində işləyib. İttihama görə, A.Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib. Bundan başqa, A. Cahangirova M.Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb. A. Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Ana səhifəXəbərlərAMEA-nın əməkdaşı azadlıqdan məhrum edildi