Amazon meşələri yanır

Dünyanın ən böyük tropik meşəsi olan Amazon qlobal istiləşmənin tempini yavaşladan həyati önəm kəsb edən karbon anbarıdır.

Source: google.az


“Bizim evimiz yanır,” Makron G7 zirvəsi öncəsi çağırış edib

Fransa Prezidenti Emmanuel Makron deyib ki, Amazon meşələrindəki yanğınların rekord həddinə çatması "beynəlxalq böhran"-dan xəbər verir və hadisə bu həftə sonu böyük yeddilərin (G7) sammitində gündəmə gətirilməlidir,- BBC xəbər verir.

“Bizim ev yanır,” deyə Makron tvit atıb.

Braziliya Prezidenti Jayr Bolsonaro (Jair Bolsonaro) Makronu məsələdən “siyasi qazanc” üçün istifadə etməkdə ittiham edib.

O, Braziliyanın iştirak etmədiyi Biarritzdəki G7 sammitindəki yanğınları müzakirə etməyin “yalnış müstəmləkəçi zehniyyət” olduğunu qeyd edib.

Dünyanın ən böyük tropik meşəsi olan Amazon qlobal istiləşmənin tempini yavaşladan həyati önəm kəsb edən karbon anbarıdır.

Milli Kosmik Tədqiqatlar İnstitutu (İnpe) tərəfindən yayımlanan peyk məlumatlarına əsasən bu il əksəriyyəti Amazon bölgəsi olmaqla Braziliyada baş vermiş yanğınlarda 85% artım var.

Ətraf mühitin mühafizəçiləri Bolsonaro hökumətini Amazonun acınacaqlı vəziyyətində günahkar biliblər və deyiblər ki, o, baltaçıları və fermerləri ərazini təmizləməyə təşviq edib.

Bolsonaro qeyri-hökumət təşkilatlarının yanğınlara təkan verdiyini iddia edib. Ancaq o etiraf edib ki, bu iddia üçün onun əlində heç bir dəlil yoxdur.

Cümə axşamı günü jurnalistlərə verdiyi müsahibəsində etiraf edib ki, fermerlər bölgədə yanğınlar törətməyə cəlb oluna bilərlər, – “Reuters” xəbər verib.

Ətraf mühit qrupları cümə günü Braziliyanın şəhərlərində etirazlara və yanğınlarla mübarizə üçün hərəkətə keçməyə çağırış ediblər.

Ana səhifəDünyaAmazon meşələri yanır