Amal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək

O, Xədicə İsmayılın adını çəkməsə də, “Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin” işini götürməsindən danışaraq, onun “olduqca cəsur bir qadın olduğunu”- deyib.

Source:


O, Xədicə İsmayılın adını çəkməsə də, “Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin” işini götürməsindən danışaraq, onun “olduqca cəsur bir qadın olduğunu”- deyib.

Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC telekanalına müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

O, Xədicə İsmayılın adını çəkməsə də, “Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin” işini götürməsindən danışaraq, onun “olduqca cəsur bir qadın olduğunu”- deyib.

Kluni jurnalistin yataq otağında video kameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, “jurnalisti saxlamayıb və indi o, saxta ittihamlarla dəmir barmaqlılar arxasındadır”.

Amal Kluni deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib. (

Amerikanın səsi

)

Ana səhifəXəbərlərAmal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək