Alyans İlham Əliyevi Tofiq Yaqublunu həbsdən azad etməyə çağırır

“T.Yaqublunun 7 gün müddətə məzuniyyətə buraxılması hakimiyyətin humanistliyi deyil, Cəzaların İcrası Məcəlləsinin mövcud maddəsinə əsasən qanunların ona verdiyi hüququn bir hissəsidir”

Source:


“T.Yaqublunun 7 gün müddətə məzuniyyətə buraxılması hakimiyyətin humanistliyi deyil, Cəzaların İcrası Məcəlləsinin mövcud maddəsinə əsasən qanunların ona verdiyi hüququn bir hissəsidir”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsdə olan vicdan məhbusu, Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsdən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir: “”Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsdə olan Müsavat Partiyası başqanının  müavini, vicdan məhbusu Tofiq Yaqublunun qızı, ictimai fəal Nərgiz Yaqublunun vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Alyans hesab edir ki, səhiyyəmiz normal inkişaf etsəydi, Yaqublular ailəsi bunca təzyiq və repressiyalara, stresslərə məruz qalmasaydı, nə bu xəstəlik Nərgizi tapardı, nə də ki, o, bu xəstəlikdən vəfat edərdi.

Eyni zamanda Alyans vicdan məhbusu Tofiq Yaqublunun 2013- cü ilin yanvar ayında baş vermiş İsmayıllı hadisələrində günahlandırılaraq həbs edilməsini hakimiyyətin siyasi sifarişi olduğunu bir daha vurğulayır.

Alyans övladının vəfatı münasibəti ilə T.Yaqublunun 7 gün müddətə məzuniyyətə buraxılmasını hakimiyyətin humanistliyi deyil, Cəzaların İcrası Məcəlləsinin mövcud maddəsinə əsasən qanunların ona verdiyi hüququn bir hissəsi hesab edir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Tofiq Yaqublunun şərlənərək həbs olunduğunu, günahsızlığını, Qarabağ müharibəsi qazisi olduğunu, ölkəmizin müstəqilliyi uğrunda apardığı fədakar azadlıq mübarizəsini, ictimai- siyasi fəallığını və son olaraq övladının vaxtsız vəfatını nəzərə alaraq ölkə başçısı İlham Əliyevi onu həbsdən azad etməyə çağırır.

Alyans hesab edir ki, Tofiq Yaqublu ilə yanaşı həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılmalıdır”.

Ana səhifəXəbərlərAlyans İlham Əliyevi Tofiq Yaqublunu həbsdən azad etməyə çağırır