Altı kredit ittifaqının lisenziyası ləğv edilib

Samir Əliyev: ”Bu qərar 2015-ci il devalvasiyasının nəticəsidir”

Source:
Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə Bazarlarına Nəzarət Palatası


Samir Əliyev: ”Bu qərar 2015-ci il devalvasiyasının nəticəsidir”

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə 6 kredit ittifaqının lisenziyası ləğv olunub.

Məlumatı ”

Report

” yayıb.

Bu qərarla kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb.

Ləğv olunanlar isə Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.

İqtisadçı Samir Əliyev Meydan TV-yə bildirib ki, bu ittifaqların banklardan fərqi ondadır ki, daha çox aqrar sektorda çalışan fermerlər və digərləri toplanıb ittifaq təsis edirlər və həmin qurum vasitəsilə maliyyələşmə problemlərini həll edirlər.

“Eyni zamanda, bu qurumların banklardan fərqli olaraq depozitləri cəlb etmək səlahiyyətləri yoxdur. Bu qurumların fəaliyyəti “Kredit ittifaqları haqqında” qanunla tənzimlənir”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev MBNP-nin qərarını 2015-ci il devalvasiyasının nəticələri hesab edir:

“Məlum devalvasiya qərarlarından sonra kifayət qədər bank bağlandı, bank olmayan kredit təşkilatlarının sayı da azaldı. Kredit ittifaqları da bu prosesin tərkib hissəsidir. Qərar bank sektorunun hələ dirçəlmədiyini və böhrandan çıxmadığını göstərir. Bəlkə də durumları təhlükədə olan banklar və bank olmayan kredit təşkilatları hələ də qalmaqdadır”.

Ana səhifəXəbərlərAltı kredit ittifaqının lisenziyası ləğv edilib