Xaricdə yaşayan tarixçi alim Altay Göyüşovun məhkəməsi başlayır.
Dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Altay Göyüşov barəsində açılmış cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
Prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.
Altay Göyüşov dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur.
Onun barəsində bu ilin fevral ayının 23-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan qərarı verilib.
Daha sonra qərara dəyişiklik edilərək Göyüşovun təqsirləndirilən şəxs qismində işə cəlb olunması rəsmiləşdirilib.