Altay Göyüşov barəsində açılan cinayət işi üzrə istintaq yekunlaşıb

Foto: AFU

Xaricdə yaşayan tarixçi Altay Göyüşov barəsində açılan cinayət işi üzrə istintaq yekunlaşıb.

Bildirilir ki, Göyüşov noyabrın 21-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, gəlməyib. Bu səbəbdən onun barəsində qiyabi icraat başlanılıb. 

Altay Göyüşova istintaqa gəlmədiyi təqdirdə, cinayət işinin qiyabi icraatda məhkəməyə göndəriləcəyi və barəsində qiyabi hökm çıxarıla biləcəyi barədə xəbərdarlıq edilib.

Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönəlmiş açıq çağırışlara təhrik etmək – bu əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

2025-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Daha sonra qərara dəyişiklik edilərək Göyüşovun təqsirləndirilən şəxs qismində cəlb olunması rəsmiləşdirilib.

Ana səhifəSiyasətAltay Göyüşov barəsində açılan cinayət işi üzrə istintaq yekunlaşıb