FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb
Almatının mərkəzində rayon polis idarəsinə silahlı basqın olub.
Polis idarəsində atışma zamanı azı bir polis əməkdaşı həlak olub, bir neçəsi də yaralanıb.
Polisin məlumatına görə, şəhərdə antiterror əməliyyatı aparılır.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.
Polis idarəsinin olduğu zona polis tərəfindən mühasirəyə alınıb, qonşu binaların əməkdaşlarını ofisdən bayıra buraxmırlar. Lakin hələlik atışmanın hansı səbəbdən baş verdiyi bilinmir.
FHN-in Almatı departamenti sakinləri evlərini tərk etməməyə çağırıb.