Almaniyalı jurnalist azadlığa buraxıldı

İstanbul Məhkəməsi jurnalistin cəzasının çəkilməmiş hissəsini ləğv edib

Source:
Dəniz Yücəl azadlıqda həyat yoldaşı ilə
Dəniz Yücəl azadlıqda həyat yoldaşı ilə


İstanbul Məhkəməsi jurnalistin cəzasının çəkilməmiş hissəsini ləğv edib

Türkiyədə həbs olunmuş türk əsilli almaniyalı jurnalist Deniz Yücel azadlığa çıxıb.

Bu barədə Almaniyanın “Welt.de” portalı jurnalistin vəkili Veysəl Ok-a istinadən məlumat

yayıb

.

Vəkil “Twitter” hesabında yazıb: “Məhkəmə nəhayət, mənim müvəkkilimi azad etməyə qərar verdi”. Onun sözlərinə görə, İstanbul Məhkəməsi jurnalisti həbsin qalan hissəsindən azad edib və ölkədən çıxışına qadağa qoymayıb.

Deniz Yüceli həbsxana qarşısında onun həyat yoldaşı qarşılayıb.

Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 2017-ci il fevralın 14-də İstanbulda saxlanmışdı.

O, terrorçuluğu təbliğ etmə və zorakılığı qızışdırmaqda təqsirləndirilirdi. Lakin jurnalist ittihamları rədd edir.

Almaniya hakimiyyəti onun həbsini pisləmişdi. Almaniya kansleri Angela Merkel Ankaranı onu azad etməyə və mətbuat azadlığına hörmətlə yanaşmağa çağırmışdı.

Hüquq müdafiəçiləri jurnalistin həbsinin siyasi motivli olduğunu deyirlər.

Məlumatı Almaniya Xarici İşlər Nazirliyi “Reuters”ə təsdiqləyib.

Ana səhifəXəbərlərAlmaniyalı jurnalist azadlığa buraxıldı