Almaniyalı həkim Leyla Yunusun vəziyyətinin ciddi olduğunu təsdiqləyib

“Qan analizi göstərib ki, hüquq müdafiəçisində qara ciyərin dağılması baş verir”

Source:


“Qan analizi göstərib ki, hüquq müdafiəçisində qara ciyərin  dağılması baş verir”

Almaniyalı həkim Kristian Vitt həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun ciddi xəstə olduğunu təsdiqləyib.  Bu barədə həkim yanvarın 26-da L.Yunusa təkrar baş çəkərkən bildirib. İlk müayinə və qan analizləri Vitt tərəfindən təxminən bir ay əvvəl – dekabrın 30-da aparılıb.

K.Vittin sözlərinə görə, qan analizi göstərib ki, L.Yunusda qara ciyərin  dağılması baş verir. O arıqlamaqda davam edir. 6 ay ərzində 16 kq. itirib, 62 kq.-dan 46 kq.-a düşüb.

Həkimin fikrincə, bütün bunlar onun orqanizmində bərpa olunmaz proseslərin getdiyini göstərir.  Bu barədə “Turan İA”-a L.Yunus vəkili Elçin Qəmbərovun vasitəsilə bildirib.

Ana səhifəXəbərlərAlmaniyalı həkim Leyla Yunusun vəziyyətinin ciddi olduğunu təsdiqləyib