Almaniyalı fəallar Malta səfirliyinin önünə yığışdılar

Jurnalistin ölümünə etiraz edən aksiyaçılar səfirliyin önünə şam, gül düzdülər

Source:


Jurnalistin ölümünə etiraz edən aksiyaçılar səfirliyin önünə şam, gül düzdülər

Oktyabrın 20-də Almaniyada bir qrup jurnalist və fəal, eləcə də maltalı vətəndaşlar Maltanın Berlindəki səfirliyi önündə aksiya keçirib. Onlar maltalı araşdırmaçı jurnalist Dafnə Karuana Qalizianın ölümünə etiraz ediblər. Aksiya iştirakçıları şam yandırıb, səfirliyin ətrafına gül düzüblər. Həmçinin ürək sözlərini kağıza yazıb səfirliyin divarlarına yapışdırıblar.

53 yaşlı Dafnə Karuana Qalizia oktyabrın 16-da idarə etdiyi avtomobildə partlayıb. Hadisə Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra baş verib.

Dafnə Karuana Qalizia son araşdırmalarında Maltanın Baş naziri Jozef Muskatı Azərbaycanın çirkli pullarının yuyulmasında əlaqəsi olmasına görə tənqid edirdi.

Muskat qətl hadisəsini pisləyib:

“Hamı xanım Karuana Qalizianı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o, başqaları üçün də elə idi”.

O, həmçinin qeyd edib ki, “belə tədbirlərə heç bir halda haqq qazandırmaq olmaz”.

“Ədalət bərpa olunanadək mən sakitləşməyəcəm”, Baş nazir deyib.

Polis qətlin istintaqına başlayıb.

Ehtimala görə, jurnalistin maşınına qoyulan bomba kənardan idarə edilib.

Ana səhifəXəbərlərAlmaniyalı fəallar Malta səfirliyinin önünə yığışdılar