Frank Şvabe

Mənbə: gettyimages

Başlıq: Frank Şvabe

Almaniyalı deputat Fuad Qəhrəmanlının durumundan narahatdır

“Məsul şəxslər cavab verməlidirlər”

AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri, Almaniya parlamentinin deputatı Frank Şvabe həbsdə olan AXCP üzvü Fuad Qəhrəmanlının durumundan narahatlığını ifadə edib.

Alman deputatı Frank Şvabe “Twitter” hesabında yazıb ki, Azərbaycandakı həbs və işgəncə xəbərlərindən çox narahatdır.

O, baş verənlərin beynəlxalq səviyyədə araşdırılmasını vacib sayıb:

“Məsul şəxslər cavab verməlidirlər”.

Frank Şvabe bildirib ki, Fuad Qəhrəmanlının vəziyyəti haqda ciddi narahatlıq var. Azərbaycan onun sağlıq vəziyyəti ilə bağlı tam şəffaf olmalıdır.

F.Qəhrəmanlı iyulun 15-də Qarabağa dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Məmməd İbrahim də eyni maddələrdə ittiham olunub. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tdum95

Ən çox baxılan