Mayın 10-da Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) Bayern özəyinin bir qrup fəal etiraz aksiyası keçirib.
Məlumatı aksiyanın təşkilatçısı, AKM-in üzvü Samir Qasımov yayıb. Bildirib ki, aksiyada Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib.
Aksiya iştirakçıları “Gül bayramı” adı altında Heydər Əliyevin doğum gününün qeyd olunmasına və Əliyev diktaturasına etira ediblər.
Tədbirdə çıxış edən Əhməd Cəlaloğlu müsavatçı mühacirlərin etiraz aksiyalarının Avropanın müxtəlif şəhərlərində davam etdiriləcəyini, Azərbaycanın demokratikləşməsi üçün mübarizənin dayanmayacağını bildirib.
Aksiyada “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədovla yanaşı, Mehman Hüseynov, Seymur Həzi, Asif Yusifli, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Əli İnsanov, Taleh Bağırzadə, Mövsum Səmədov və digər siyasi məhbusların şəkilləri qaldırılıb. Azərbaycanın və Müsavat Partiyasının bayraqları altında keçirilən aksiyada həmçinin Əliyev rejiminə etiraz şüarları səsləndirilib.