Almaniyada siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib

Təşkilatçılar iddia edir ki, Azərbaycan hakimiyyəti aksiyanı pozmaq üçün təxribata əl atıb

Source:

Təşkilatçılar iddia edir ki, Azərbaycan hakimiyyəti aksiyanı pozmaq üçün təxribata əl atıb

Fevralın 18-də Almaniyanın Köln şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçirilib. Jurnalist Yafəz Əkrəmoğlunun verdiyi məlumata görə, Azərbaycan hakimiyyəti aksiyanın qarşısını almaq üçün təxribata əl atıb : “Aksiyanın kecirildiyi meydanda Azərbaycan hakimiyyəti “Xocalıya ədalət” şüarı ilə aksiya təyin edib. Adətən bu aksiya fevral 26-da keçirilirdi. Biz iki ay əvvəldən aksiyaya hazırlaşırdıq və bu barədə məlumat vermişdik. Hakimiyyətin bu addımı diqqəti Qarabağ məsələsinə, Xocalı faciəsinə cəkmək yox, siyasi məhbus problemindən yayındırmaqdır”.

Yafəz Əkrəmoğlu deyir ki, aksiya baş tutub:

“Biz Azərbaycan hakimiyyətindən dərhal siyasi məhbusların azad edilməsini, ölkədə sərbəst toplaşmaq, söz və mətbuat azadlığının bərpa edilməsini tələb edirik. Eyni zamanda tələb edirik ki, ölkədə siyasi təqiblərə son qoyulsun”.

(embedded content removed)

Ana səhifəXəbərlərAlmaniyada siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib