Almaniyada siyasi böhran

Prezident tərəfləri yenidən masa arxasına yığmağa çalışır

Source:


Prezident tərəfləri yenidən masa arxasına yığmağa çalışır

Noyabrın 21-də Almaniya prezidenti Frank-Walter Steinmeier ölkəni siyasi böhrandan qurtarmaq üçün tərəfləri – Almaniya kansleri Angela Merkel, Xristian Demokratları (CDU) Yaşıllar və Azad Demokratlar –  (FDP) bir masa arxasına toplamağa çalışır.

“Frans Pres” agentliyi yazır ki, onun keçmiş xarici işlər naziri kimi diplomatik bacarıqlarından faydalanaraq tərəfləri danışıqlar masasına qayıtmaqdan ötrü dilə tutacağı

gözlənir

.

Noyabrın 20-də Almaniya kansleri Angela Merkelin Xristian Demokratları (CDU) Yaşıllar və Azad Demokratlarla (FDP) üçtərəfli koalisiya formalaşdıra bilməməsi onu tənqid hədəfinə çevirib.

12 il hakimiyyətdə olmuş Merkel 24 sentyabr seçkisində çoxluğu qazana bilməyib, buna ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının elektoratın bir qismini özünə tərəf çəkə bilməsi səbəb olub.

Sentyabr seçkisində kanslerin siyasi bloku 1949-cu ildən bəri ən pis nəticəni göstərib.

İkinci yeri tutmuş SPD isə kanslerin koalisiya tərəfdaşı olmaqdan imtina edib müxalifətə keçdiyindən Merkelin durumu qəlizləşib.

Biznesyönümlü FDP və sola meyllənən Yaşıllarla yeni alyans qurmaqdan ötrü dörd həftə çəkən danışıqlar da noyabrın 20-də iflas edib, belə ki, FDP danışıqlardan qəfil

çıxıb

 (Tərcümə: Azadlıq Radiosu).

Nəticədə ölkədə yeni parlament seçkisi keçirməyin mümkünlüyü müzakirə olunmağa başlanıb.

Merkel Berlində jurnalistlərə açıqlamasında FDP-nin koalisiya danışıqlarından çıxmaq qərarından təəssüfünü bildirib:

“Biz razılaşmanın əldə oluna biləcəyi yolda olduğumuza inanırdıq”.

FDP-nin rəhbəri Christian Lindner noyabrın 20-də deyib ki, danışıqlar aparan tərəflər arasında inam yaratmaq mümkün olmadığından koalisiya alınmayıb:

“Pis idarə etməkdənsə, heç idarə etməmək yaxşıdır”.

Sol-mərkəzçi Sosial Demokratlar (SPD) isə Merkellə koalisiyaya qayıtmağı istisna edib. Elə kanslerin özü də deyib ki, azlıq hökumətinə liderlik etməyəcək. Bununla da yeni seçkinin keçirilməsinin mümkünlüyü gündəmə

gəlib

.

Azadlıq Radiosunun

məlumatına görə

, dövlət başçısı Merkellə artıq danışıb. Noyabrın 21-də Yaşıllar, noyabrın 22-də isə Sosial Demokratlarla (SPD) görüşəcək. Prezidentin Azad Demokratlarla (FDP) da danışıqların vaxtını təyin edəcəyi, bütün tərəflərə elektorat qarşısındakı məsuliyyətini xatırladacağı bildirilir.

Frank-Walter Steinmeier
Frank-Walter Steinmeier

Almaniya prezidenti Frank-Walter Steinmeierin yeni seçki keçirmək səlahiyyəti var, ancaq ölkənin bəzi liderləri narahatdırlar ki, daha bir səsvermə olarsa, ifrat sağçı AFD ötən seçkidəki 13 faizdən də çox səs toplayar.

Danışıqların əsas mövzularından biri immiqrasiya olub. Merkel-in liberal siyasəti nəticəsində 2015-ci ildən bəri ölkəyə 1,2 milyon qaçqın gəlib. Bu da sonucda bəzi seçiciləri ifrat sağçı AFD-yə yönəldib.

Almaniya kansleri Angela Merkel deyib ki, mühafizəkar Xristian Demokratlar (CDU) partiyasını yeni seçkiyə aparmağa hazırdır.

Almaniya prezidenti Frank-Walter Steinmeier noyabrın 20-də siyasi liderləri mövqelərinə bir də baxmağa çağırıb.

Frank-Walter Steinmeier noyabrın 20-də Berlində mətbuat konfransı keçirib

Maliyyə bazarları xəbəri tez-tələsik həzm etsə də, ölkənin siyasət aləmi sarsılıb. Müharibədən sonrakı dönəmdə bu ölkədə durum adətən sakit idi, belə siyasi böhran yaranmamışdı…

Əsasən protokol vəzifəsi daşıyan Steinmeier bütün ənənəvi partiyaları mövqelərini bir daha düşünməyə, məsuliyyətlərini unutmamağa səsləyib. SPD də elə prezidentin partiyasıdır.

SPD sədri Martin Schulz dərhal reaksiya verərək Merkel-in mühafizəkarlarıyla “yeni böyük koalisiya yarada bilməyəcəklərini” bildirib.

“Avropanın ən güclü iqtisadiyyatının, yaxınlaradək sabitliyin əsas sütununun siyasəti dərin qeyri-müəyyənlik dövrünə daxil olub”, – siyasi riskləri araşdıran Avrasiya Qrupu bildirib.

Qurumun fikrincə, danışıqları bitirdiyinə görə FDP rəhbəri Christian Lindner kəskin tənqidlə üzləşdiyindən, Merkel “yeni seçkidən daha güclü çıxmağa” ümid bəsləyə bilər.

Bir çox şərhçilər düşünürlər ki, FDP-nin qəfil addımı AfD-dən başqa bütün tərəfləri uduzdurub.

Hazırkı rəy sorğularına görə, yeni seçki yeganə həll kimi görünsə də, durumu dəyişməyə, oxşar nəticələrə gətirə, özəlliklə də ekstremist partiyaların mövqeyini gücləndirə bilər.

Ana səhifəXəbərlərAlmaniyada siyasi böhran