Almaniyada: Siyasətçini fitə basmaq Konstitusiyaya ziddir

“İnsanlar bağıranda, tüpürdükdə və bir-birlərini təhqir etdikdə bu, heç bir nəticə vermir”.

Source: Specify Source


Səhiyyə naziri fitə basılıb

Almaniyanın İqtisadiyyat naziri bazar ertəsi deyib ki, Səhiyyə naziri Yens Şpahnı (Jens Spahn) təhqir edərək, fitə basmaqla koronavirus təcrid tədbirlərinin əleyhdarları Konstitusiyanı pozub, – “Reuters” xəbər verir.

“Bild”in jurnalistinin “Twitter”də yayımladığı videoda bir neçə nəfərin Şpahn şənbə günü “Bergisch-Gladbach”-da Xristian Demokratlara (CDU) aid bir kampaniyanı tərk edərkən “Rüsvayçılıq!” şüarları bağıraraq onunla lağlağı etdikləri görünür.

Şpahn camaata yaxınlaşaraq danışmaq istədiyini bildirib, lakin daha sonra geri dönüb və maşına minib.

“Demokratik yolla seçilmiş siyasətçilərə sataşan və onlara təcavüz edən hər kəs Almaniya konstitusiyasını pozur və özlərini cəmiyyətdən kənarlaşdırır”, – İqtisadiyyat naziri Peter Altmayer (Altmaeir) deyib.

Şpahn “Rheinische Post” qəzetinə açıqlamasında cəmiyyətin yalnız koronavirusun qarşısının alınması tədbirlərinə qarşı çıxanlar ilə dialoq olacağı təqdirdə birlik içində qalacağını deyib:

“Ancaq bu, yalnız hər iki tərəfin də dinləməyə hazır olması halında işləyir. İnsanlar bağıranda, tüpürdükdə və bir-birlərini təhqir etdikdə bu, heç bir nəticə vermir”.

Şənbə günü polis paytaxt Berlində koronavirus tədbirlərinə qarşı keçirilmiş bir neçə min nəfərlik etiraz nümayişini dağıdıb. Məsafə saxlamadıqları və təlimatlara əsasən üz maskaları taxmadıqları üçün 300 nəfər həbs edilib, – “Reuters” xəbər verir.

Ana səhifəDünyaAlmaniyada: Siyasətçini fitə basmaq Konstitusiyaya ziddir