Aksiyaçılar simvolik olaraq ağızlarını bağlayıblar
Almaniyanın Neumarkt şəhərində Müsavat partiyasının üzvü Samir Qasımov və bir qrup azərbaycanlı mühacir Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələbi ilə aksiya keçiriblər.
Meydan TV-nin məlumatına görə, azərbaycanlı mühacirlərə alman gənclər də dəstək olublar.
Aksiya iştirakçıları Qiyas İbrahimov və Bayram Məmmədovdan başqa digər siyasi məhbuslara da azadlıq tələb ediblər.
Söz azadlığı və azad medianın susdurulmasına etiraz olaraq gənclər simvolik olaraq öz ağızlarını bağlayıblar.
Aksiyanı bir neçə Almaniyadan olan media nümayəndəsi də izləyib.