Almaniyada qatarlar toqquşub, çoxlu sayda ölənlər var (YENİLƏNİR, VİDEO)

İlkin məlumata görə qəzada 8 nəfər ölüb, 150 nəfər yaralanıb.

______________________________________

Almaniyanın Bavariya əyalətinin Bad-Ayblinq şəhərində relsdən çıxan qatar digər qatarla toqquşub.

Türkiyə mətbuatının yaydığı məlumata görə

, qəza nəticəsində ölənlərin dəqiq sayı açıqlanmayıb, amma 100-dən çox adamın yaralı olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda helikopter və təcili yardım maşını cəlb olunub. Bavariya əyaləti polisi qəzada ölənlərin dəqiq sayının hələlik açıqlanmayacağını deyib.

Qeyd edək ki, qəza baş verən yerdə Bavariya əyalətinin tabeliyində olan iki mərtəbəli qatarlar sərnişin daşıyır.

Ana səhifəVideoAlmaniyada qatarlar toqquşub, çoxlu sayda ölənlər var (YENİLƏNİR, VİDEO)