Almaniyada oxuyan azərbaycanlı tələbə Rəsulzadə təqaüdü alıb

Məmməd Əmin Rəsulzadə

Qurum gənclərə dəstək üçün ianə toplayır

Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (VASW e.V.) təsis etdiyi Məmməd Əmin Rəsulzadə adına Təqaüd Fondu artıq bir azərbaycanlı tələbəni təqaüdlə təmin edib. Belə ki, hazırda Anhalt Tətbiqi Elmlər Universitetində (Hochschule Anhalt) MBA tələbəsi olan Xumar Əliyevaya 6 ay müddətinə təqaüd alıb.

Birliyin paylaşdığı məlumatda bildirilir ki, Xumar Əliyeva təhsilini bitirmək üzrədir və magistr işi yazır. Təqaüdün məbləği 300 avrodur.

Fond ianə əsasında formalaşır.

Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (VASW e.V.) tərəfindən bu il təsis edilən təqaüd proqramı Almaniyada təcrübə keçmək istəyən gənclər üçün nəzərdə tutulub. Təkilatdan deyilir ki, qurum üzvlərin aylıq ödənişi hesabına maliyyələşdiyindən büdcəsi daha çox tələbəni əhatə etməyə imkan vermir. Odur ki, gənclərə dəstək olmaq məqsədilə ianə toplamaq məcburiyyətindədir.

“Təşkilat olaraq ianələrin köçürülməsi və eləcə də xərclənməsi barədə tam şəffaflıq olacağına təminat veririk. Bundan başqa, ianə ödəyən şəxslərə bu barədə sənəd veriləcək ki, onlar vergi bəyannaməsində bunu əlavə xərc kimi göstərə və güzəşt əldə edə bilsinlər”, – qurumun yaydığı məlumatda deyilir. .

“Məmməd Əmin Rəsulzadə adına Təqaüd Proqramı”na dəstək vermək istəyənlər bu bank hesabına köçürmə edə bilərlər: İBAN: DE74870700240221203300

Ana səhifəXəbərlərAlmaniyada oxuyan azərbaycanlı tələbə Rəsulzadə təqaüdü alıb