Almaniya yenidən miqrasiya məsələsində Avropa İttifaqını həmrəyliyə səsləyib

“Bu, Angela Merkelin Aİ həmrəyliyini dəstəkləyən güclü bir təklifdir. Bu, Merkelin irsinə yönəlmiş addımdır”,- o deyib.

Source: arxiv


Pakt hər həftə qayıqla gələn yüzlərlə və hətta minlərlə qaçqını qəbul etmək vəzifəsini qarşısına qoyur

Almaniya kansleri Angela Merkel bu həftə Avropaya miqrasiyanı yenidən formalaşdırmaq üçün yeni addım atmağa çalışsa da, digər Avropa İttifaqı (Aİ) liderlərini qəbula inandırmaqda problemlərlə qarşılaşıb, – “Reuters” xəbər verir.

“2015-ci ildə bir milyon qaçqın qəbul etdikdən bir il sonra Aralıq dənizindən gələnlərin sayını azaltmaq üçün Türkiyə ilə saziş imzalayan Merkel çərşənbə günü açıqlanacaq yeni Avropa İttifaqı miqrasiya paktının əsas hərəkətverici qüvvəsidir”, – agentlik əlavə edib.

Pakt hər həftə qayıqla gələn yüzlərlə və hətta minlərlə qaçqını qəbul etmək vəzifəsini qarşısına qoyur, – Aİ rəsmisi bildirib.

Ancaq eyni dövlətlər, hansı ki, beş il əvvəl Suriyadakı müharibədən qaçanlar üçün Aİ-nin kvota sistemini rədd etmişdi, yenə də Yaxın Şərq, Afrika və Asiyanın bəzi bölgələrindəki münaqişə və yoxsulluqdan qaçmağa davam edənlərin qəbul edilməsinə qətiyyətlə qarşı çıxır.

“Bu, Angela Merkelin Aİ həmrəyliyini dəstəkləyən güclü bir təklifdir. Bu, Merkelin irsinə yönəlmiş addımdır”,- o deyib.

Rəsminin sözləri ilə bağlı suala alman hökumətinin sözcüsü “Avropa Komissiyasının təkliflərini dərc edildikdən sonra şərh edəcəyik”, – deyib.

Plana əsasən, hər bir Aİ dövləti blokun büdcəsindən ayrılan yetkin adambaşına 10.000 avro (11.750 ABŞ dolları) müqabilində qaçqın qəbul etməli olacaq.

Öhdəliklərini yerinə yetirməyən millətlər Aİ məhkəmələrində böyük cərimələrlə qarşılaşacaqlar. Lakin bu cür cəzaların icrası illər cəkə bilər, – “Reuters” deyir.

Plan eyni zamanda gələnlərin geri qayıtmasını da hədəfləyəcək. Vətəndaşlarını geri almaqdan imtina edən ölkələrə viza qadağalarının tətbiq ediləcəyi bildirilir.

Hər il Aİ-yə sığınacaq istəyən təxminən 140.000 insan daxil olur. Onlar qanuni yolla daxil olan 2 milyonun tərkib hissəsidir.

Məcburi köçürmə prinsipinə davamlı olaraq etiraz edən Polşa və Macarıstanın bu təklifi rədd edəcəyi qeyd edilir.

Ana səhifəDünyaAlmaniya yenidən miqrasiya məsələsində Avropa İttifaqını həmrəyliyə səsləyib