“Səfər zamanı internetdə ünsiyyəti minimuma endirin”
Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə səfər edən ölkə vətəndaşlarına internetdə ünsiyyət zamanı ehtiyatlı olmağı tövsiyə edib.
“Euronews” telekanalının məlumatına əsasən, XİN Türkiyədə olarkən sosial şəbəkələrdə və forumlarda bu ölkənin prezidenti və dövlət siyasəti ilə bağlı tənqidə, eləcə də bu tip paylaşımları bəyənməyə görə həbs təhlükəsinin olduğunu
bildirib.
Almaniya XİN vətəndaşlarına Türkiyədə səfərdə olarkən, terrorçuluğa bəraət qazandırmaq kimi qəbul ediləcək fikirlərin ifadə edilməsindən də vaz keçməli olduqlarını bildirib.
Nazirlik bir sıra oxşar faktlara əsasən, Avropadan olan vətəndaşların Türkiyədə həbslərinə istinadən, bildirib ki, xarici vətəndaşlar hətta geniş publika üçün bağlı olan bloq və forumlarda yazılara görə də həbs oluna bilərlər.