Almaniya plastik tullantıları qadağan edib

Qadağa 1 il sonra qüvvəyə minəcək

Source: Meydan TV


Qadağa 1 il sonra qüvvəyə minəcək

Almaniya hökuməti plastik tullantıların azaldılmasını məqsəd qoyan Avropa Birliyi siyasətinə uyğun olaraq tək istifadəlik içki borusu, qulaq təmizləmə çöpü və plastik çəngəl-bıçaq və yemək qablarının satışını qadağan edib, – “BBC Türkçə” xəbər verir.

Nazirlər kabinetində qəbul edilmiş qərar plastik kokteyl qarışdırıcı, çubuqlar, stəkan və qutuları da əhatə edir.

Qadağa 3 iyul 2021-ci ildən etibarən qüvvəyə minəcək.

“Almaniyada hər saat 320,000 birdəfəlik stəkan istifadə edilir”, – Almanya Ətraf Mühir Naziri Svenya Şults (Svenja Schulze) deyib və məqsədlərinin istifadə et-at mədəniyyətinin ortadan qaldırmaq olduğunu bildirib.

Şults Almaniyadakı parklardan və digər ictimai yerlərdən toplanan zibillərin 20 faizə qədərinin birdəfəlik plastik məhsullardan, əsasən də polistirol qablardan ibarət olduğunu deyib.

“Birdəfəlik istifadə edilən plastiklər okeanlarımızı çirkləndirir. Bu çirklənmə qlobal miqyasda davam edərsə, 2050-ci ilə qədər okeanlarda balıqdan çox plastik olacaq”,- o deyib.

Təbiətdə plastikin çürüməsi onilliklər tələb edir.

Mikroskopik plastik hissəciklər artıq balıq, quş və digər heyvanların cəsədlərində də rast gəlinir.

2017-ci ildə paket xidmətlərində istifadə olunan materialların yaratdığı tullantıların miqdarı 346 min tondur, – BBC qeyd edib.

Ana səhifəXəbərlərAlmaniya plastik tullantıları qadağan edib