Frank Volter Ştaynmayer

Mənbə: google.az

Başlıq: Frank Volter Ştaynmayer

Almaniya nasist tiranlığına görə Polşadan üzr istəyib

Prezident: “Alman zülmünün qurbanı olan polyakların qarşısında baş əyirəm”

Almaniya prezidenti Frank Volter Ştaynmayer (Frank-Walter Steinmeier) 80 il əvvəl İkinci Dünya Müharibəsinin ilk bombalarının düşdüyü Polşanın Vielun (Wielun) şəhərində təşkil edilmiş mərasimdə tarixin ən qanlı münaqişəsinə görə Polşadan bağışlanmalarını istəyib.

“Mən Vielun qurbanlarının qarşısında baş əyirəm. Alman zülmünün qurbanı olan polyakların qarşısında baş əyirəm. Sizdən bağışlanma diləyirəm,” - o, sentyabrın 1-də həm alman, həm də polyak dilində danışaraq deyib.

Ştaynmayerin polşalı həmkarı Andrzej Duda da nasist Almaniyasının Polşaya hücumunu “vəhşilik” adlandırıb.

“İkinci Dünya Müharibəsinin şahidləri yox olsa da, onu unuaa bilmərik ... Ona görə ki, Vielunda və sonralar Polşada və xaricdə bir çox yerdə baş verənlər heç vaxt təkrarlanmasın,”- Duda deyib.

Ümumilikdə 50 milyondan çox insanın ölümünə səbəb olan müharibədə təxminən 6 milyon polyak, o cümlədən 3 milyon polyak yəhudi öldürülüb.

Ştaynmayer və digər dövlət və hökumət başçıları II Dünya Müharibəsinin başlamasının 80 illiyini qeyd etmək üçün Polşadadır.

Varşavadakı əsas tədbirdə danışan ABŞ vitse-prezidenti Mayk Pens Polşa xalqına başsağlığı verib və deyib ki, onların xarakteri, inamı və qətiyyəti bütün fərqi ortaya qoyub.

Pens həmçinin deyib ki, Amerika və Polşa ortaq müdafiə üçün bütün müttəfiqlərilə birlikdə olmağa davam edəcək:

“Amerika və Polşa müttəfiqlərimizi bir-birimizə verdiyimiz vədlərə əməl etməyə çağırmağa davam edəcək”.

ABŞ Prezidenti Donald Tramp Floridaya yaxınlaşan Dorian qasırğası ilə əlaqədar səfərini təxirə salıb.

1 sentyabr 1939-cu ildə nasist alman qoşunları tərəfindən Polşanın işğalı İkinci Dünya Müharibəsinin başlanmasını əsasını qoyub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bdfivm

Ən çox baxılan