Almaniya nasist tiranlığına görə Polşadan üzr istəyib

Ümumilikdə 50 milyondan çox insanın ölümünə səbəb olan müharibədə təxminən 6 milyon polyak, o cümlədən 3 milyon polyak yəhudi öldürülüb.

Source: google.az


Prezident: “Alman zülmünün qurbanı olan polyakların qarşısında baş əyirəm”

Almaniya prezidenti Frank Volter Ştaynmayer (Frank-Walter Steinmeier) 80 il əvvəl İkinci Dünya Müharibəsinin ilk bombalarının düşdüyü Polşanın Vielun (Wielun) şəhərində təşkil edilmiş mərasimdə tarixin ən qanlı münaqişəsinə görə Polşadan bağışlanmalarını istəyib.

“Mən Vielun qurbanlarının qarşısında baş əyirəm. Alman zülmünün qurbanı olan polyakların qarşısında baş əyirəm. Sizdən bağışlanma diləyirəm,” – o, sentyabrın 1-də həm alman, həm də polyak dilində danışaraq deyib.

Ştaynmayerin polşalı həmkarı Andrzej Duda da nasist Almaniyasının Polşaya hücumunu “vəhşilik” adlandırıb.

“İkinci Dünya Müharibəsinin şahidləri yox olsa da, onu unuaa bilmərik … Ona görə ki, Vielunda və sonralar Polşada və xaricdə bir çox yerdə baş verənlər heç vaxt təkrarlanmasın,”- Duda deyib.

Ümumilikdə 50 milyondan çox insanın ölümünə səbəb olan müharibədə təxminən 6 milyon polyak, o cümlədən 3 milyon polyak yəhudi öldürülüb.

Ştaynmayer və digər dövlət və hökumət başçıları II Dünya Müharibəsinin başlamasının 80 illiyini qeyd etmək üçün Polşadadır.

Varşavadakı əsas tədbirdə danışan ABŞ vitse-prezidenti Mayk Pens Polşa xalqına başsağlığı verib və deyib ki, onların xarakteri, inamı və qətiyyəti bütün fərqi ortaya qoyub.

Pens həmçinin deyib ki, Amerika və Polşa ortaq müdafiə üçün bütün müttəfiqlərilə birlikdə olmağa davam edəcək:

“Amerika və Polşa müttəfiqlərimizi bir-birimizə verdiyimiz vədlərə əməl etməyə çağırmağa davam edəcək”.

ABŞ Prezidenti Donald Tramp Floridaya yaxınlaşan Dorian qasırğası ilə əlaqədar səfərini təxirə salıb.

1 sentyabr 1939-cu ildə nasist alman qoşunları tərəfindən Polşanın işğalı İkinci Dünya Müharibəsinin başlanmasını əsasını qoyub.

Ana səhifəDünyaAlmaniya nasist tiranlığına görə Polşadan üzr istəyib