Almaniya İkinci Dünya Müharibəsindən bəri ən dərin tənəzzülünü yaşayır

Altmayer deyib ki, Almaniya xüsusilə tədarük zəncirləri və xaricdən alman istehsalı olan mallara tələbatın azalması ilə bağlı zərbə görür.

Source: arxiv


“Koronavirus p ölkəmizin iqtisadiyyatını 10 illik böyümədən sonra tənəzzülə sürükləyir”

Almaniya İkinci Dünya Müharibəsindən bəri görünməmiş tənəzzüllə üzləşir, – AFP xəbər verir.

“Ölkənin ÜDM-nin rekord hədlə 6.3 faiz azalacağı proqnozlaşdırılıb”, – hökumət çərşənbə günü bildirib.

İqtisadiyyat naziri Peter Altmayer deyib ki, federal respublika tarixindəki ən pis tənəzzülü yaşamaq üzrədir.

“Koronavirus pandemiyasının təsiri ölkəmizin iqtisadiyyatını 10 illik böyümədən sonra tənəzzülə sürükləyir”,- nazir qeyd edib.

704×396.jpg
Peter Altmayer

Altmayer deyib ki, Almaniya xüsusilə tədarük zəncirləri və xaricdən alman istehsalı olan mallara tələbatın azalması ilə bağlı zərbə görür.

Hökumət yenə də ümidlidir ki, iqtisadiyyat 2021-ci ildə yenidən dirçələ, virusun təsirinin azalması və müəssisələrin yenidən açılması ilə iqtisadiyyat yenidən 5.2% arta bilər.

Ana səhifəDünyaAlmaniya İkinci Dünya Müharibəsindən bəri ən dərin tənəzzülünü yaşayır