Almaniya hökuməti: Navalnının orqanizmində “Noviçok” zəhər qrupunun izləri aşkarlanıb

Almaniya yeni vəziyyətlə bağlı Rusiya səfirini söhbət etmək üçün çağıracaq Siyasətçi Aleksey Navalnının orqanizmində “Noviçok” zəhər qrupunun izləri aşkarlanıb

Source:

Məqalə

"Novaya qazeta"

saytında dərc olunub.

Almaniya yeni vəziyyətlə bağlı Rusiya səfirini söhbət etmək üçün çağıracaq Siyasətçi Aleksey Navalnının orqanizmində “Noviçok” zəhər qrupunun izləri aşkarlanıb.

Bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Zaybert bəyan edib. “Berlində Şarite Universitetinin klinikasının tapşırığına görə, Bundesver laboratoriyası Aleksey Navalnının analizlərinin toksikoloji tədqiqatını aparıb. Mütəxəssislər tədqiqat nəticəsində “Noviçok” qrupundan sinir-iflic döyüş maddəsinin tətbiqi ilə bağlı birbaşa sübut əldə ediblər”, – AFR hökumətinin bəyanatında deyilir.

“Almaniya yeni vəziyyətlə bağlı Rusiya səfirini söhbət etmək üçün çağıracaq, eyni zamanda tədqiqatların nəticələri barədə Aİ və NATO-ya xəbər verəcək. Rusiya tərəfi bu faktla razılaşmadığı halda Almaniya partnyorlarla birgə uyğun reaksiya hazırlayacaq”, Zaybert əlavə edib.

“Aleksey Navalnının Rusiyada kimyəvi maddələrin hücumunun qurbanı olması şoka salan olaydır. Almaniyanın federal hökuməti bu hücumu şiddətlə qınayır. Rusiya hökuməti baş vermiş hadisəni dərhal şərh etməlidir”, – Almaniya Nazirlər Kabinetində qeyd edirlər.

Bu gün Almaniyanın kansleri Angela Merkel Navalnının zəhərlənməsi ilə bağlı situasiyanı həmçinin Maliyyə naziri Şols, Xarici işlər naziri Maas, Daxili işlər naziri Zeehofer, Ədliyyə naziri Lambrext, Müdafiə naziri Kramp-Karrenbauer, həmçinin kansler idarəsinin rəhbəri professor Braunla müzakirə edib. Onlar görüş zamanı sonrakı addımlar barədə razılığa gəlib.

Avqustun 20-də Tomsk-Moskva reysi ilə uçan təyyarədə Aleksey Navalnının halı pisləşib. Təyyarə bununla bağlı təcili Omskda enməli olub, orda Navalnını xəstəxanaya çatdırıblar. O, komaya düşüb. Omsk tibb işçiləri Navalnının analizlərində zəhərləyici maddələri aşkar etmədikləri barədə dəfələrlə söyləyiblər, lakin qohumları və mübarizə yoldaşları sayəsində yerləşdirildiyi “Şarite” klinikasının alman tibb işiləri xoliensteraza ingibitorları qrupundan maddələrlə zəhərləndiyini bəyan ediblər. Rüşvətlə Mübarizə Fondu Rusiyanın İstintaq Komitəsinə Navalnının zəhərlənməsi haqqında cinayət işinin açılması ilə bağlı müraciət etsə də, qurum ona reaksiya verməyib.

Ana səhifəDünyaAlmaniya hökuməti: Navalnının orqanizmində “Noviçok” zəhər qrupunun izləri aşkarlanıb