Almaniya Azərbaycandan qaz nəqlinə kredit ayırır

Rəsmi Berlin Almaniya bankına SOCAR-a kredit ayrılması üçün zəmanət verəcək

Source: arxiv
Almaniya
Almaniya


Rəsmi Berlin Almaniya bankına SOCAR-a kredit ayrılması üçün zəmanət verəcək

Almaniya hökuməti Azərbaycandan qaz nəqlinin təminatı məqsədilə dövlət müəssisəsinə (SOCAR) böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətindədir.

“Turan” agentliyinin məlumatına əsasən, bu barədə martın 6-da AFR Maliyyə Nazirliyinin nümayəndəsi Yens Şpan məktub

yazıb

.

O, məktubu Bundestaqın Büdcə Komitəsinə göndərib.

Kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir.

“Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır”.

Hələ 2013-cü ildə E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə bağlayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr “mavi yanacaq” almasını nəzərdə tutur.

Ana səhifəXəbərlərAlmaniya Azərbaycandan qaz nəqlinə kredit ayırır