Almaniya Avropa ölkələrinə sərhədlərini açıb

16 martdan etibarən Almaniyanın sərhədləri qonşu ölkələr daxil bütün dünyaya bağlı olub.

Source: Foto: https://www.dw.com/tr/


Türkiyə səyahət qadağası olan ölkələr arasındadır

Almaniya koronavirus pandemiyası səbəbiylə üç ay öncə bağladığı quru sərhədlərini yenidən açıb.

“Deutsche Welle Türkçə” bazar ertəsi günü xəbər verir ki, gecə yarısından etibarən sərhədlərdən yoxlanışsız giriş-çıxış başlayıb.

16 martdan etibarən Almaniyanın sərhədləri qonşu ölkələr daxil bütün dünyaya bağlı olub. Ölkə sərhədlərinin açılmasına baxmayaraq 160 ölkə ilə səyahət qadağası hələ də davam edir. Bu ölkələrin siyahısına İsveç, Norveç və Finlandiya ilə yanaşı İspaniyanın böyük bir qismi də daxildir. Türkiyə də səyahət qadağası olan ölkələr arasındadır.

Keçən həftə Xarici işlər naziri Hayko Maas Türkiyə ilə səyahət qadağası üzərində danışıqların aparıldığını bildirmişdi.

Ana səhifəDünyaAlmaniya Avropa ölkələrinə sərhədlərini açıb