Alman polisi azərbaycanlı qadını həbs edib

51 yaşlı qadın mühacir alverində şübhəli bilinir

Source:

Almaniya vətəndaşı olan 51 yaşlı azərbaycanlı xanım Düsseldorf hava limanında saxlanılıb. O, azərbaycanlı ailələri qeyri-qanuni şəkildə Almaniyaya aparmaqda təqsirli bilinir. Almaniyanın “

Goettinger-tageblatt

” portalı yazır ki, qadın 2016-ci ilin yanvar-sentyabr aylarında 7 azərbaycanlı ailəni Almaniyaya gətirib.

Mühacir alveri ilə məşğul olan qadın azərbaycanlı ailələrdən 32 min avro alıb. Polisdən verilən məlumata görə, saxlanılan qadın Göttingen şəhərində qeydiyyatdadır və orda yaşayır. Alman polisi onun mənzilindən azərbaycanlılara məxsus xarici pasport, sürücülük vəziqəsi və şəxsiyyət vəsiqəsi olmaqla 54 ədəd sənəd tapıb.

Məlum olub ki, qadın Azərbaycandakı səyahət agentliyi ilə işbirliyi quraraq Almaniyaya gəlmək istəyənlər üçün Çexiya vizası alırmış. Çexiyaya gələn azərbaycanlılar ordan da Almaniyaya keçirmişlər.

Araşdırmalar zamanı məlum olub ki, vizaların çoxu azərbaycanlı ailələrə Avropada toy mərasimlərində iştirak etmələri üçün verilib. Praqaya viza alan azərbaycanlılar Budapeştdən Dortmunta uçurmuşlar. Qadın tərəfindən pasportları əlindən alınanlar Bilefeld şəhərində qaçqın qəbul etmə məntəqəsinə təhvil verilirmişlər.

Ana səhifəXəbərlərAlman polisi azərbaycanlı qadını həbs edib