“Alman parkı” dağıdılıb (VİDEO)

Sumqayıt sakinlərinin “Alman parkı” adlandırdığı bu ərazi bir müddət əvvəl icra hakimiyyəti tərəfindən dağıdılıb. Bura təkcə istirahət edənlərin yox, xırda ticarətlə məşğul olanların da qazanc yeri idi. Sakinlər də parkın bu vəziyyətdə olmasından narahatdır . Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Meydan TV-ə verilən məlumata görə dağıntı işləri məhkəmə qərarı əsasında aparılıb. Parkın icarədarlarından olan Yaşar Əsgərov deyir ki, buradakı obyektlər icraçılar tərəfindən dağıdılıb, əvəzində heç bir kompensasiya ödənilməyib. O deyir ki, dağıntı işləri məhkəmə qərarı olmadan aparılıb. Sovetlər dönəmindən salınan park abadlaşacağı günü gözləyir.

Ana səhifəVideo“Alman parkı” dağıdılıb (VİDEO)