“Christian Schreiber” Alman Olimpiya Komitəsinin (AOK) atletika komissiyasının sözçüsü “Frankfurter Allgemeine” qəzetinin müxbirinə bunları dedi: “Fundamental insan haqlarının qorunması və bu haqların qorunmamasını tənqid etmək hüququ müzakirə edilməməlidir. Biz idmanı kənara qoyaraq, Bakıdakı vəziyyətlə və ilk Avropa Oyunları ilə bağlı BMT-nin xüsusi məruzəçisinin tələbinə qoşuluruq. Onu qeyd etmək istəyirik ki, hansı ölkədə insanlar həbs olunursa və insan haqlarının qorunması uğrunda mübarizə aparan insanlar həbslə üzləşirsə, bu, bütün ölkələrə aid edilməlidir”.
Alman Olimpiya Komitəsinin idarə heyətinin sədri Michael Vesper BMT-nin xüsusi məruzəçisinin bu addımını alqışlayaraq, olimpiya oyunlarının azadlıq və bərabərlik ruhunu bayram etmək çağırışına qoşulur. Və Avropa Oyunlarının da məhz bu cür dəyərlərin qorunması üçün bir vasitə olduğunu qeyd edir.
İnsan haqları ilə bağlı vəziyyət AOK-nı narahat edir: “Əlbəttə ki, biz Azərbaycanda insan hüquqları uğrunda mübarizə aparan insanlarla həmrəyik” – deyə Vesber bildirib.
Alman Olimpiya Komitəsi əlavə edib: “Əlbəttə ki, insan haqları və media azadlığını dəstəkləyirik və biz hər iki məsələni Azərbaycanda müzakirə edəcəyik”.