Alman aktivistlər Qiyasla Bayramın həbsinə etiraz edir

Berlində səfirliyi önündə olan dayanacaqlara gənc fəalların şəkilləri vurulub

Source:

Azərbaycanın Berlindəki səfirliyi önündə olan dayanacaqlara gənc fəalların şəkilləri vurulub

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun həbsinə etiraz əlaməti olaraq Azərbaycanın Berlindəki səfirliyi önündəki dörd ayrı dayanacağa onların şəkli vurulub, alman dilində plakatlar asılıb.

Meydan TV-nin məlumatına görə, plakatlarda “Qiyas və Bayrama azadlıq” şüarı ilə yanaşı, eks-prezident Heydər Əliyevin heykəli üzərində “Qul Bayramınız mübarək” yazısı həkk olunub. Aksiya alman aktivistləri tərəfindən təşkil olunub.

Alman aktivistlər qeyd ediblər: “Biz bu gün azərbaycanlı iki məhbusa həmrəyliyimizi göstərən aksiya həyata keçiririk. Onların adları Bayram və Qiyasdır. Onlar gül bayrammında heykələ “Qul bayramınız mübarək” yazdıqları üçün həbs olunublar. Rəsmi olaraq gül bayramı adlanır. Onlar söz oyunu olaraq Azərbaycan dilində gül sözünu qul sözü ilə əvəz etmişlər. Ağıllı bir taktikadır”.

Ana səhifəXəbərlərAlman aktivistlər Qiyasla Bayramın həbsinə etiraz edir