Allahşükür Paşazadə Trampı İrana qoyulan sanksiyaları götürməyə çağırıb

Elşad Miri: “Allahşükür Paşazadə İranda azərbaycanlıların hüquqları məsələsini qaldırsaydı, daha məntiqli olardı”

Source: Meydan Tv


Elşad Miri: “Allahşükür Paşazadə İranda azərbaycanlıların hüquqları məsələsini qaldırsaydı, daha məntiqli olardı”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa müraciət edib.

Allahşükür Paşazadə ABŞ prezidentindən İran İslam Respublikasına qoyulan sanksiyaların götürülməsini rica edib. Bildirib ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz:

“Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar. Zati-aliləri! Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır. Mən ümid edirəm ki, dünya dindarlarının müqəddəs bayramları Pesax və Pasxa dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində Siz şəxsinizə xas olan alicənablıqla müraciətimizə müsbət yanaşacaq, verdiyiniz ali qərarla böyük bir insani fəlakətin aradan qaldırılmasına imza atmış olacaqsınız. Bu, bütün dindarların ümidi və bəşəri sülh üçün etdiyi dualardır”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Siyasi icmalçı Zərdüşt Əlizadə Allahşükür Paşazadənin müraciətinin “düzgün addım” deyə qiymətləndirib. O, belə bir müraciətinin göndərilməsini bir neçə amillə əlaqəqəlındirib:

“Əvvəla, Paşazadə müsəlmandır və bütün dünya müsəlmanları ilə həmrəylik onun dini borcudur. İkinci, o, şiədir və İran da şiə dövlətidir, yəni məzhəb birliyi var. Üçüncü, İran İslam Respublikasında xeyli sayda azərbaycanlı yaşayır. Bu dövlətə qarşı qoyulan sanksiyalar onların da sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstəirir. Bu baxımdan Paşazadənin İranı müdafiə etməsi normaldır. Dördüncü, İran İslam Respublikası Azərbaycanın qonşusudur, tarixi və mədəni bağlılıqlarımız qalır”.

Ancaq Zərdüş Əlizadə Allahşükür Paşazadənin müraciətinin heç bir səmərə verməyəcəyi qənaətindədir:

“Çünki Donald Trampın Azərbaycan, Paşazadə vecinə deyil. Sadəcə, Paşazadə insani borcunu yerinə yetirib. Müraciət göndərib ki, bəsdir hədyanlıq edib müstəqil bir dövlətə qarşı belə sanksiyalar qoydun. Ona görə Allahşükür Paşazadəyə humanist addımına görə təşəkkür düşür”.

Elşad Miri
Elşad Miri

İlahiyyatçı Elşad Miri hesab edir ki, Allahşükür Paşazadə müraciətində İran İslam Respublikasında yaşayan azərbaycanlıların hüquqlarının pozulmasını qaldırsaydı, daha məntiqli olardı:

“Belə bir müraciətin göndərilməsi məndə qəribə təəssürat yaratdı. Ümumiyyətlə, Şeyxülislam razılaşdırılmamış belə bir addım ata bilərmi və bu cür müraciət nə dərəcədə diplomatik üslubdur? Məncə, Allahşükür Paşazadə siyasi rəhbərliklə razılaşdırmadan başqa dövlətin başçısına başqa ölkənin durumu haqqında belə müraciət göndərməz”.

Onun fikrincə, burada iki məsələ var. Elşad Miri qeyd edib ki, bəzən lazım olanda Qafqaz Müsəlmanları İdarəsi islam mərkəzi kimi təqdim olunur.

“Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin nədən ibarət olduğu bəlli deyil. Nəhayət, bütün Qafqaz deyiləndə, hansı Qafqaz ona aiddir? Bu gün Azərbaycan dindarlarının hansı biri onu dinləyir? Bu suallar açıq qalıb. Belə olanda ehtimallar yaranır. Bəlkə İrandan hansısa göstəriş gəlib. Yəqin ardınca İraqdan oxşar məktub yazılacaq. Sonra ABŞ-dakı dini icmalardan məktub olacaq. Güman ki, bunlar əvvəlcədən planlaşdırılıb. Azərbaycanda da Paşazadə heç bir addımı onlarsız ata bilmir. Özü də “Səhər” televiziyasında çıxışında demişdi ki, mənim mərceyi-təqlidim Ayətullah Xamneyidir”.

Ana səhifəXəbərlərAllahşükür Paşazadə Trampı İrana qoyulan sanksiyaları götürməyə çağırıb