Allahşükür Paşazadə: Pul yığımını yığışdırın

”Axund sözünün yerinə imam sözü işlədilsin”

Source:


”Axund sözünün yerinə imam sözü işlədilsin”

Bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında danışıb.

QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir:

“İstəyirik ki, bu İslam Həmrəyliyi İli çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin”.

QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub (report.az).

Allahşükür Paşazadə toplantıda idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım Otağı”da pul yığdığına üçün irad tutub.

Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım Otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib.

Şeyxülislam davam edib:

“Siz orada “Qasım otağı” yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. “Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığşdırın” (APA).

Toplantı zamanı Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, məhərrəmlik ayı mərasimlər zamanı məscidlərin ərazisində mikrofonlardan istifadə ilə bağlı məhdudiyyət olmamalıdır, ancaq mikrofondan istifadə qaydası olmalıdır:

Mübariz Qurbanlı

“Mikrofondan istifadə edərkən nəzərə almaq lazımdır ki, məscidlər arasında məsafə, səsin həddi nə qədərdir? Əgər iki məscidin arasında məsafə azdırsa, səs azaldılmalıdır. Ümumiyyətlə, miktofonlardan istifadə zamanı yerli xüsusiyyətlər nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, mikrofonun yüksək səsi insanları narazı salmasın”.

Komitə sədri əlavə edib ki, yerli hakimiyyətin qanunauyğun irəli sürdüyü bu və ya digər tələb varsa, bu da izah olunmalıdır (trend.az).

Ana səhifəXəbərlərAllahşükür Paşazadə: Pul yığımını yığışdırın