Allahşükür Paşazadə Nardarandan danışdı

“Nardaranda baş verənlər dövlət çevrilişinə cəhd və terrordur”

Source:


“Nardaranda baş verənlər dövlət çevrilişinə cəhd və terrordur”

“Nardaranda baş verənlər bizi məyus etdi. Hadisələr zamanı biz müraciət yaydıq. Baş verənlərin dinə aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, terrordur. Biz bunu qəti şəkildə pisləyirik”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir. Nardaranda bəzi dindarlar, ağsaqqallar var. Bir qrup adam onların inamından istifadə edib. O adamlar nardaranlı deyil. Ulu öndərin vaxtında Nardaranda 40-a yaxın insanın həbsdən buraxılması, ziyarətgahın bərpa edilməsində rolumuz oldu. Bir növ sülh yarada bildik. Heyfislənirəm ki, bu məsələ sonradan həllini tapa bilmədi. Artıq bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq”.

Paşazadə bildirib ki, Nardaranda baş verənlərin kökü başqa yerlərə gedib çıxır: “Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.

Şeyxülislam onu da qeyd edib ki, dinin özünə qarşı getməyin də tərəfdarı deyil: “Burada əqidə sahibləri var. Onların qəlbinə  toxunmaq olmaz”.

Ana səhifəXəbərlərAllahşükür Paşazadə Nardarandan danışdı