Allahşükür Paşazadə: Biz o torpaqları axiska türklərinə vermişik

”Torpaqlar əlimizdən alınmayıb”

Source:
Allahşükür Paşazadə foto sosial şəbəkə
Allahşükür Paşazadə foto sosial şəbəkə


”Torpaqlar əlimizdən alınmayıb”

“Həmin torpağı bizə 1994-cü ildə keçmiş prezident Heydər Əliyev vermişdi, sonradan axıska türklərinin Azərbaycana gəlişilə onlar bizə müraciət etdilər, biz də onların bu torpaqlarda məskunlaşmasına razı olduq”, – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə bildirib.

“Turan”-ın məlumatına görə, o, Şabran rayonunda QMİ-yə verilmiş 1770 ha torpağın taleyinin belə həll edildiyini deyib: “Odur ki, o torpaqlar əlimizdən alınmayıb, biz özümüz bunu Azərbaycana gələn axıska türklərinə vermişik”.

A.Paşazadə media mənsublarını bu məsələni dəqiqləşdirmədən yaydıqlarına görə qınayıb. QMİ sədri deyib ki, idarənin bu torpaqlara ehtiyacı olmayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti “Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarında dəyişiklik edib.

“Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 tarixli qərara əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün keçmiş Dəvəçi (hazırkı Şabran) rayonunda ləğv edilmiş “Yeni həyat” kolxozunun ərazisindən bir hissə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün ayrılıb.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daimi istifadəyə verilən torpağın ümumi sahəsi 1770 hektar (857 hektar əkin yeri, 244 hektar biçənək, 440 hektar orüş, 53 hektar kəndaltı sahə, 176 hektar sair torpaqlar) olub.

“Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarda edilən dəyişikliyə əsasən, həmin torpaqlar Qafqaz Müsəlmanları İdarəsinin daimi istifadəsindən çıxarılıb.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ana səhifəXəbərlərAllahşükür Paşazadə: Biz o torpaqları axiska türklərinə vermişik