Alkoqollu içkilər üçün aksiz dərəcəsi iki dəfə artırılacaq

Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir

Foto: Meydan TV
Samir Şərifov
Samir Şərifov


Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir

Maliyyə nazirliyi alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması üçün Vergi Məcəlləsinə dəyişikliklər təklif edir.

“APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov

deyib

.

Nazir bildirib ki, alkoqollu içkilər üçün aksiz dərəcəsinin iki dəfə artırılması təklif edilir. Təkliflər prezidentə təqdim edilib.

“Təkliflər aidiyyatı qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək.

Nazir hesab edir ki, aksiz dərəcəsinin iki dəfəyə qədər artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.

Toğrul Maşallı
Toğrul Maşallı

İqtisadçı Toğrul Maşallı Meydan TV-ə bildirib ki, son zamanlar bəzi spirtli içkilər bazarlarında ciddi dəyişikliklər baş verib:

“Araq bazarında daha ucuz Rusiya və Belarus araqların idxalı başlanılıb. Eyni zamanda yerli istehsal azalıb. Aksizlərin qaldırılması, qiymətləri də qaldıracaq. Eyni zamanda qeyd etmək lazımdır ki, ümumən spirtli içkilərin idxalı xeyli azalıb. Nəticə etibarilə aksizlərin artırılması idxalın azaldılmasına və heç bir halda vergi gəlirlərin artmasına gətirməyəcək”, – iqtisadçı deyib.

Hal-hazırda Nazirlər Kabinetinin qərarı ilə aksiz dərəcələri araq (vodka – likyor məmulatları) üçün 30 faiz, konyak və şampan şərabı üçün 25 faiz, tündləşdirilmiş içkilər üçün 30 faiz, tünd və süfrə şərabları üçün 20 faizdir.

Ana səhifəXəbərlərAlkoqollu içkilər üçün aksiz dərəcəsi iki dəfə artırılacaq