Alim Qasımovun kürəkəninə hökm oxundu

Zərərçəkmişlərdən Tamilla Fərzəliyeva isə çıxışında məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Source: Specify Source


Xalq artistinin xanımı məhkəmədə ədalətli qərar istəyib

Xalq artisti Ali Qasımovun kürəkəni, onun evindən 51 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan Elnur Mövlanova 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 7-də çıxarılan hökmə əsasən, Xalq artistinin həyat yoldaşı Tamilla Aslanovanın zərərin ödənilməsi tələbilə qaldırdığı mülki iddia da təmin olunub. Elnur Mövlanov Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələrilə təqsirli bilinib.

Hökm elan edilməmişdən əvvəl prokuror Elnur Mövlanovun 10 il azadlıqdan məhrum olunmasını təklif edib. Dövlət ittihamçısı çıxışında bildirib ki, Elnur Mövlanov zərəri qismən ödəyib, iki zərərçəkmişdən biri – Rəşadət Fərzəliyevlə barışıq əldə olunub. Bu da yüngülləşdirici hal kimi nəzərə alınır.

Zərərçəkmişlərdən Tamilla Fərzəliyeva isə çıxışında məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Elnur Mövlanov son sözündə deyib ki, özünü yalnız oğurluqda təqsirli bilir və bu maddə ilə ona nisbətən yüngül cəza verilməsini istəyir. Hesab edir ki, Cinayət Məcəlləsinin 180-ci maddəsilə ittihama xitam verilməlidir.

Qısa müşavirədən sonra Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası Elnur Mövlanovun 9 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.

1979-cu il təvəllüdlü Elnur Mövlanovun Əməkdar artist, xanəndə Fərqanə Qasımova ilə evliliyindən 4 övladı var. Onlar xeyli vaxtdır ki, ayrı yaşayırlar.

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin…”, – Fərqanə Qasımova sosial media hesabında həyat yoldaşının həbsi barədə xəbərlərə belə münasibət bildirib.

Ana səhifəSosialAlim Qasımovun kürəkəninə hökm oxundu