Alim Qasımovun kürəkəni məhkəmə qarşısında

Xalq artisti özü də bugünlərdə həmin prosesin getdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində olub

Source: A


Xalq artisti özü də bugünlərdə həmin prosesin getdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində olub

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, qayınatasının evindən qızıl-zinət əşyalarını oğurlamaqda ittiham edilir.

42 yaşlı Elnur Mövlanovun işini Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Ona Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham verilib.

Zərərçəkmiş qismində tanınan Tamilla Aslanova Elnur Mövlanovun qayınanası, Xalq artistinin həyat yoldaşıdır.

Bu iş üzrə məhkəmə iclası sentyabrın 30-na təyin edilib.

Təxminən iki həftə öncə Xalq artisti Alim Qasımov kürəkəninin işinə baxılan Bakı Ağır Cinayətlər Məhkəməsində olub.

Elnur Mövlanovun ittiham olunduğu CM-in 177.3.2 maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Elnur Mövlanov xanəndə Fərqanə Qasımovanın həyat yoldaşıdır. Onların birgə nikahdan üç övladı var. Cütlüyün bir neçə il əvvəl ayrıldığı, lakin boşanmanı rəsmiləşdirilmədiyi bildirilir.

Ana səhifəXəbərlərAlim Qasımovun kürəkəni məhkəmə qarşısında