Ali Məhkəmənin hakiminin qardaşı dələduzluqda ittiham edilir

Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

Source:
Fərhad Kərimov


Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı dələduzluqda ittiham edilir.

Həmin cinayət işi üzrə məhkəmə prosesi bir müddət əvvəl başlayıb.

Meydan.TV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Mahir Kərimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

İttihama görə, M.Kərimov “Fateh-N” MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir məzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

Ana səhifəXəbərlərAli Məhkəmənin hakiminin qardaşı dələduzluqda ittiham edilir