Ali Məhkəmədə İlqar Məmmədovun işi ilə bağlı məlumat yoxdur

“Məhkəmə plenumunun iclasının keçiriləcəyi məlum deyil”

Source:
ReAL Hərəkatının sədri İlqar Mənmədov
ReAL Hərəkatının sədri İlqar Mənmədov



Məhkəmə plenumunun iclasının keçiriləcəyi məlum deyil”

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ReAl partiyasının lideri İlqar Məmmədovun işi üzrə ikinci qərarın icrası üçün verdiyi müddət iyunun 5-də başa çatır.

Hələlik Azərbaycan hökumətinin bu istiqamətdə hansı addımları atdığı və hakimiyyətin onu həbsdən azad etmək niyyətinin olub-olmadığı məlum deyil.

Azərbaycanda yaranmış təcrübəyə əsasən, AİHM-nin cinayət işləri üzrə qərarları Azərbaycan Ali Məhkəməsinin plenumu tərəfindən icra olunur. Ali Məhkəmədən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

AM-nin mətbuat xidmətindən “Turan” agentliyinin müxbirinə bildiriblər ki, bu məsələ ilə bağlı məlumatları yoxdur. Ali Məhkəmənin hakimi – cinayət işləri üzrə kollegiyanın spikeri Fərhad Kərimov da Məmmədovun işinin daxil olması barədə məlumata malik olmadığını və onunla bağlı iyunun 5-nə qədər məhkəmə plenumunun iclasının keçirilib-keçirilməyəcəyini bilmədiyini deyib.

Bu, AİHM-nin Məmmədovun işi üzrə ikinci qərarıdır və ona qarşı mahiyyəti üzrə cinayət işinə və 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar onun 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmə aiddir. Məmmədov kütləvi iğtişaşların təşkilində və polisə qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinib.

AİHM bu iş üzrə qərarı 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 6-da qüvvəyə minib. AİHM Məmmədovun ədalətli məhkəmə iclası hüququnun pozulduğunu tanıyıb. AİHM-nin hələ 2014-cü ildə qəbul edilmiş birinci qərarında onun məhkəmədən əvvəl həbsinin qanunauyğunsuz olduğunu və təqibin siyasi motivlərini etiraf edib.

Azərbaycan hökuməti bu qərarı yerinə yetirməyib. Bununla əlaqədar AİHM Nazirlər Komitəsi xüsusi prosedur başlayıb və nəticədə AİHM Böyük Palatası Azərbaycana qarşı sanksiyalar qəbul edə bilər.

Ana səhifəXəbərlərAli Məhkəmədə İlqar Məmmədovun işi ilə bağlı məlumat yoxdur