Aşağı instansiya məhkəmələri onların cəzanın dəyişdirilməsi haqqında müraciətlərini təmin etməmişdi
Martın 14-də Ali Məhkəmə ömürlük həbs cəzasına məhkum edilmiş XTPD (Xüsusi Təyinatlı Polis Dəstəsi) üzvləri Elçin Əmiraslanov, Şəfa Poladov və Arif Kazımovun kassasiya şikayətini təmin etməyib.
Məhkumlar ömürlük həbs cəzasını 20 il azadlıqdan məhrumetmə ilə əvəz etməyi xahiş ediblər.
Bu barədə məlumatı məhbusların vəkili Elçin Sadıqov verib.
Onların hər üçü 1995-ci ilin mart hadisələrində iştiraka görə mühakimə olunublar. Həmin vaxt XTPD üzvləri ilə Azərbaycan ordusu arasında silahlı qarşıdurma baş verib. XTPD və onun komandiri – DİN başçısının müavini Rövşən Cavadov hakimiyyəti silah gücünə ələ keçirmək cəhdində ittiham olunmuşdular. Döyüşlər zamanı onlarla insan, o cümlədən Cavadov həlak oldu, sağ qalanlar isə uzunmüddətli cəzalara məhkum edildilər.
XTPD üzvlərinin bir hissəsi əvf olunub, bir hissəsi isə uzunmüddətli cəza çəkib. Əmiraslanov, Poladov və Kazımov XTPD-nin həbsdə qalan son üzvləridir.
Aşağı instansiya məhkəmələri onların cəzanın dəyişdirilməsi haqqında müraciətlərini təmin etməmişdi.