Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

Çoxsaylı dəlillər nəzərə alınmayıb

Source:


Çoxsaylı dəlillər nəzərə alınmayıb

Ali Məhkəmənin Cinayət Kollegiyasında oktyabrın 3-də hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə tərkibi jurnalist Rauf Mirqədirovun işi bağlı verilən kassasiya şikayətinə baxıb.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev deyib ki, kassasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin Rauf Mirqədirov barəsində hökmü və Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, həm də iş üzrə icraata cinayət hadisəsi olmadığı üçün xitam verilməsini əhatə edir.

Vəkil təəssüflənir ki, çoxsaylı dəlillərə, hətta təqsirsizlik prezumsiyasını dəf etmələrinə və jurnalistin təqsirsiz olduğunu sübuta yetirməklərinə baxmayaraq kollegiya şikayəti təmin etməyib.

R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Jurnalist 2016-cı ilin martın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılıb

Ana səhifəXəbərlərAli Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib