Ali Məhkəmə Pərviz Həşimlinin şikayətini təmin etmədi

“Qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”

Source:


“Qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”

Oktyabrın 27-də Azərbaycan Ali Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli apellyasiya şikayətinə yekun iclas baxışı qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, şikayətə Ali Məhkəmənin hakimi Fərhad Kərimov baxıb: “Pərviz Həşimovun məhkəməyə gətirilməsi barədə vəsatətimiz təmin olunmadı. Daha sonra məhkəmə Pərviz Həşimli barəsində olan qərarı qüvvədə saxladı və kassasiya şikayətimizi təmin etmədi”.

“Bu qərarları qanunsuz hesab edirik, Pərviz Həşimli heç bir cinayət törətməyib, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”,-deyə vəkil qeyd edib.

Ana səhifəXəbərlərAli Məhkəmə Pərviz Həşimlinin şikayətini təmin etmədi