Ali Məhkəmə Kərimli qardaşlarının şikayətinə baxılmasını təxirə salıb

Hər iki qardaş Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb

Source:
Fərəc Kərimli
Fərəc Kərimli
Fərəc Kərimli
Fərəc Kərimli


Hər iki qardaş Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb

Ali Məhkəmədə mayın 10-na təyin edilmiş Fərəc və Sirac Kərimli qardaşlarının kassasiya şikayətinə baxılması mayın 24-nə təxirə salınıb.

Bu barədə onların vəkili Nemət Kərimli bildirib.

Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib.

F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

S.Kərimli 17 mart 2016-cı il tarixində əvf olunub. Bununla belə, o, bəraət hökmü çıxarılmasına nail olmağa çalışır.

Hər iki qardaş Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Ana səhifəXəbərlərAli Məhkəmə Kərimli qardaşlarının şikayətinə baxılmasını təxirə salıb