Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətinə baxacaq

Azərbaycan hökuməti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir

Source:


Azərbaycan hökuməti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir

Oktyabrın 13-də saat 16.20-də Ali Məhkəmədə ReAL sədri İlqar Məmmədovun işi üzrə kassasiya şikayətinə baxılacaq. Məlumatı vəkil Fuad Ağayev öz Facebook səhifəsində yayıb.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

Ana səhifəXəbərlərAli Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətinə baxacaq