Oqtay Gülalıyev: “Azərbaycan məhkəmələrində verilən vəsatətlər daşa- divarlara oxunur”
Təəssüflə qeyd etmək lazımdır ki, bütün yuxarıda qeyd olunan pozuntuları eyni şəkildə Apellyasiya Məhkəməsi də nəninki təkrarladı, hətta bir az da qabağa gedərək, “zərərçəkən”- nin, onun müdafiəçilərinin, şahidlərin məhkəmədə dindirilməsi, videogörüntüyə baxış keçirilməsi və digər subutların araşdırılması barədə bütün vəsatətlərimizi rədd etdi. Biz de Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdik”.
Hüquq mudafiəşisi prosesin gedişindən narazı qalmayıb: “Ali Məhkəmədə proses pis başlamadı. Hakim Əli Seyfəliyev sözümüzü kəsmədən çıxış etməyə, fikirlərimizi bildirməyə və əsaslandırmağa şərait yaratdı. Bütün yuxarıda deyilənləri qısaca şəkildə Ali Məhkəməyə ərz etdik. Hətta dövlət ittihamçısı vəsatətimizin qəbul olunmasına etiraz etmədi. Ani olaraq ümid yarandı ki, heç olmasa Azərbaycan məhkəmələrində nadir hadisə olsa da, Ali Məhkəmə aşağı instansiyaların bilərəkdən və bilməyərəkdən buraxdığı səhvləri, qəbul etdikləri qanunsuz və saxta, siyasi qərarlarıın bir hissəsini ləğv edərək cinayət işinə obyektiv və ədalətli baxılmasına şərait yaradacaq. Amma çox təəssüf ki, Ali Məhkəmənin Cinayət Kollegiyası heç bir əsas gətirmədən, dəlil və sübutlara əsaslanmadan qanunsuz şəkildə kasasiya şikayətini rədd etdi. Necə deyərlər, oğlumla bağlı cinayət işində indiyə qədər yol verilmiş qanunsuzluğa və saxtakarlığa haqq qazandırdı. Artıq Apellyasiya Məhkəməsinin verəcəyi qərar indidən məlumdur.
Qanunsuzluğu gözlərimizin içinə baxaraq söyləyən Ali Məhkəmənin hakimi bizə “çıxış yolu” da göstərdi; “Vəsatətlərinizi Apellyasiya Məhkəməsində verərsiniz”. Bizimsə cavabımız o oldu ki, “Azərbaycan məhkəmələrində verilən vəsatətlər daşa- divarlara oxunur”.
Doğrudan da, bu gün Azərbaycan məhkəmələrində deyilən haqq sözlər, verilən əsaslı vəsatətlər sanki daşa- divarlara oxunur, hakimlər onları eşitmir və ya eşidib qəbul etmək zorunda deyillər. Amma hər işin əvvəli və sonu olduğu kimi Azərbaycan məhkəmələrində hökm sürən bu rəzalətin, siyasi karlığın və korluğun da axırı olacaq. Bunu hər kəs bilsin. Xüsusən hakim mundiri geyib yüzlərlə, minlərlə günahsız insanlarımızın taleyi ilə bağlı hökm verənlər və onların sifarişçiləri. Unutmasınlar ki, zamanın və xalqımızın onların haqqında verəcək hökmün tarixi uzaqda deyil. Bu gün ədalətsiz və qanunsuz hökm verənlər, özləri və öz taleləri haqqında hökm verirlər”.