Ali Məhkəmə həbsdə olan jurnalistin cəzasını azaldıb

Fikrət Fərəməzoğlunun cəzası 6 ilə endirilib

Source:

Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə


Fikrət Fərəməzoğlunun cəzası 6 ilə endirilib

Ali Məhkəmədə sentyabrın 26-da “jam.az” saytının təsisçisi və baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) kasasiya şikayətinə baxılıb.

Jurnalistin 7 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyilə çıxarılan qərara əsasən, F.İbişbəylinin cəzası 6 ilə endirilib.

Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb edib xeyli miqdarda vəsait və ya əmlak əldə etmə) maddəsilə ona qarşı irəli sürülmüş ittihama isə xitam verilib.

İttihama görə, F.İbişbəyli rəhbəri olduğu “jam.az”da və başqa saytlarda ifşaedici materialların yayılmaması üçün bir neçə restoran, massaj salonunun rəhbərindən pul alıb. Bu iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər üç nəfərdir.

İttihama əsasən, F.İbişbəyli həmin şəxslərdən biri olan Mehman Həsənovdan tələb etdiyi 3 min manatı metronun “20 yanvar” stansiyası yaxınlığında alarkən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

F.İbişbəyli isə bildirir ki, heç kimdən nə pul tələb etməyib. nə də almayıb. Onun sözlərinə görə, onu görüşə M.Həsənov özü çağırıb. “20 yanvar”a çatanda polislər onu tutub maşına mindiriblər, yolda da xüsusi işarələnmiş əskinaslardan ibarət olan 3 min manatı zorla cibinə qoyublar.

Jurnalistin vəkili Elçin Sadıqov Ali Məhkəmədə çıxışında müvəkkilinin qeyri-insani rəftara məruz qalması, sənədlərə onun əvəzinə saxta imza atılmasından danışıb.

F.İbişbəyli həbsini “massaj salonları” altında əslində. əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi barədə rəhbərlik etdiyi saytda gedən ifşaedici materiallarla əlaqələndirir. Bildirir ki, həmin obyektlərin himayətdarları əsasən Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan şəxslərdir və yazılarına görə onu

cəzalandırırlar.

Ana səhifəXəbərlərAli Məhkəmə həbsdə olan jurnalistin cəzasını azaldıb